XƏBƏRLƏR

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı arasında Memorandum imzalandı.

"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi ilə “Müharibə, Əmək və Silahlı qüvvələr Veteranları” Təşkilatının birgə təşkilatçılığı və İydə Parfumeriyanın dəstəyi ilə "Nəsillərin Görüşü" keçirildi.

İlk öncə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı arasında birgə əməkdaşlığa dair Memorandum imzalandı.

"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyi ilə "Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları" təşkilatı arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma müvafiq olaraq gələcəkdə Şəhid ailələri, Qazilər, Müharibə iştirakçılarında diqqət və qayğı yönümündə birgə ictimai təşəbbüslər layihə və tədbirlər uğurla davam etdiriləcək.

Daha sonra hər iki qurumun birgə təşkilatçılığı və İydə parfumun tərəfdaşlığı ilə 8 noyabr Zəfər günün 1-ci ildönümü ərəfəsində "Nəsillərin görüşü" adlı tədbir keçirildi. Tədbirdə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr əvəz Qalib Əliyev, İctimai birliyin sədr müavini Məcid Məmmədov, icraçı direktoru Zamin Zeynal, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Fatma Səttərova, sədr müavini Cəlil Xəlilov, İydə parfumun rəhbərliyi, Qazilər, Müharibə iştitakçıları iştirak edərək çıxış etdilər.

Birlik rəsmiləri çıxış edərək qeyd etdilər ki, Azərbaycan tarixinə qızıl hərflərə həkk edilmiş 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan, cəsarətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında fədakar Azərbaycan ordusu tarixi, əbədi, əzəli Azərbaycan məxsus olan Qarabağ torpalarımızı, düşmənin istilasından azad etməyə müvəffəq olmuşdur. Bu gün hər bir vətəndaş cəmiyyəti təsisatı milli, Vətənpərvər ruhda birlik, həmrəylik nümayiş etdirərək Ali Baş Komandanın daha böyük Azərbaycan naminə həyata keçirdiyi məqsədyönlü, uğurlu, daxili və xarici siyasətinə öz ictimai, siyasi töhfəsini verməlidir.

Birliyin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirdi ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı ilə birgə belə bir tədbiri gerçəkləşdirməkdə məqsəd Dövlət Başçısının Şəhid ailələri, Qazilər, Müharibə iştirakçıları ilə bağlı gördüyü uğurlu işlərə birgə fəaliyyət çərçivəsində ictimai təkan olmaqdır.

Qeyd edək ki, tədbirdə vətənpərvər fəaliyyətinə və vətənə ləyaqətlə xidmətinə görə bir qrup müharibə əlili və iştirakçısı fəxri fərman və hədiyyələr ilə təltif olundu.

Xəbərlər